​Bakıda avtomobil təmiri sexində yanğın olub

​Bakıda avtomobil təmiri sexində yanğın olub Təmirə dayanmış “KamAZ” yanğından mühafizə olunub
Hadisə
15 Fevral , 2015 08:53
​Bakıda avtomobil təmiri sexində yanğın olub

Bakı. 15 fevral. REPORT.AZ/ Bakının Nərimanov rayonunda vətəndaşa məxsus 4 boksdan ibarət avtomobil təmiri sexində yanğın olub.

"Report" xəbər verir ki, hadisə nəticəsində sexin damının taxta konstruksiyadan ibarət atmaları, içərisində təmirə dayanmış 2 ədəd "Nissan" markalı avtoqaldırıcı yanıb.

Sexin qalan hissəsi, sexin içərisində təmirə dayanmış “KamAZ” markalı yük avtomobili və sexə bitişik anbarlar yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Son xəbərlər

Orphus sistemi