Bakıda avtomobil sərxoş piyadanı vurub - FOTO

Bakıda avtomobil sərxoş piyadanı vurub - FOTO Bakı. 13 yanvar. REPORT.AZ/ Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə
13 Yanvar , 2018 02:02
Bakıda avtomobil sərxoş piyadanı vurub - FOTO

Bakı. 13 yanvar. REPORT.AZ/ Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un məlumatına görə, hadisə Nərimanov rayonunda, Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, 90-PJ-807 dövlət seriyalı, “Niva” markalı avtomobil 1976-cı il təvəllüdlü Fətullayev Zaur Salman oğlunu vurub. Nəticədə o, xəsarət alıb.

“Niva”nın sürücüsünün və hadisə şahidlərinin sözlərinə görə, Z.Fətullayev sərxoş vəziyyətdə səkidən yolda hərəkətdə olan avtomobilin qarşısına yıxılıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi