Bakıda avtomobil sərxoş piyadanı vuraraq xəsarət yetirib

Bakıda avtomobil sərxoş piyadanı vuraraq xəsarət yetirib Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
9 İyun , 2019 00:13
Bakıda avtomobil sərxoş piyadanı vuraraq xəsarət yetirib

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə "Koroğlu" metrostansiyasının yaxınlığında baş verib.

Heydər Əliyev prospektində avtomobil Füzuli rayon Kürmahmudlu kənd sakini, 1989-cu il təvəllüdlü Mirzəyev Şəhriyar Qiyas oğlunu vurub. Nəticədə o, xəsarət alıb.

Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə gətirilib və ona sağ ayağının sınığı diaqnozu qoyulub.

Məlumata görə, Ş.Mirzəyev Bakıya toy mərasimində iştirak etmək üçün gəlib. O, hadisə zamanı sərxoş olub.

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi