Yuxarı
    Bağlamaq

    Bakıda avtomobil qəzaya uğrayaraq yanıb, xəsarət alan var

    Yaralı xəstəxanaya yerləşdirilib© "Report"

    Bakı. 5 avqust. REPORT.AZ/ Bakıda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    "Report"un məlumatına görə, hadisə Heydər Əliyev prospektinin Nizami rayonundan keçən hissəsində, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin yaxınlığında baş verib.

    Belə ki, taksi fəaliyyəti ilə məşğul olan "Renault Loqa" minik avtomobili həmin ərazidə idarəetmədən çıxaraq yolun kənarındakı işıq dirəyinə çırpılıb. Avtomobil bundan sonra yanmağa başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Avtomobildə başlamış yanğının qarşısı alınıb.

    Qəza zamanı 1 nəfər xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib. 

    Faktla bağlı araşdırma aparılır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi