Bakıda avtomobil dayanacağa çırpılıb, 5 nəfər yaralanıb

Bakıda avtomobil dayanacağa çırpılıb, 5 nəfər yaralanıb Faktla bağlı Xətai Rayon Polis İdarəsi araşdırma aparır
Hadisə
26 İyul , 2016 12:03
Bakıda avtomobil dayanacağa çırpılıb, 5 nəfər yaralanıb

Bakı. 26 iyul. REPORT.AZ/ Bakıda avtomobil qəzası nəticəsində bir nəfər ölüb, 5 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, iyulun 25-də saat 08 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini Emin Mürsəlov “Mercedes” markalı avtomobili idarə edərkən idarəetməni itirdiyindən dayanacaqda dayanmış paytaxt sakinləri Günay Hüseynovanı, Çingiz Abdullayevi və Sara Salahlını vurub, sonradan avtomobil divara çırpılıb. Nəticədə sürücü hadisə yerində ölüb, G.Hüseynova, Ç.Abdullayev, S.Salahlı, habelə E.Mürsəlovun 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsi araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi