​Bakıda avtomobil qəzası baş verib, sürücü avtomobildə sıxılaraq qalıb

​Bakıda avtomobil qəzası baş verib, sürücü avtomobildə sıxılaraq qalıb Əməliyyat saat 15:51-də başa çatıb
Hadisə
21 Aprel , 2015 17:17
​Bakıda avtomobil qəzası baş verib, sürücü avtomobildə sıxılaraq qalıb

Bakı. 21 aprel. REPORT.AZ/ Bakı şəhərinin Xətai rayonunda “Ford” və “Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.

“Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər “Ford” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 15:51-də başa çatıb.

Son xəbərlər

Orphus sistemi