Yuxarı
    Bağlamaq

    Bakıda yol qəzası baş verib, xəsarət alan var

    Qəza nəticəsində Nissan Juke markalı avtomobil deformasiyaya uğrayıb və sürücüsü yüngül bədən xəsarəti alıb

    Bakı. 7 oktyabr. REPORT.AZ/ Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

    "Report" xəbər verir ki, Nobel prospektində qeydə alınan hadisə zamanı "Nissan Juke" markalı avtomobillə "Toyota Prado" markalı avtomobil toqquşub.

    Qəza nəticəsində "Nissan Juke" markalı avtomobil deformasiyaya uğrayıb və sürücüsü yüngül bədən xəsarəti alıb. Hadisə yerinə gələn Dövlət Yol Polis (DYP) əməkdaşlarının ilkin qənaətinə görə, "Nissan" markalı avtomobilin sürücüsünün ara məsafəsini düzgün saxlamaması qəzaya səbəb olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi