Bakıda avtomobil qəzası baş verdi, sürücü xəsarət aldı - VİDEO

Bakıda avtomobil qəzası baş verdi, sürücü xəsarət aldı - VİDEO Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
8 May , 2020 20:18
Bakıda avtomobil qəzası baş verdi, sürücü xəsarət aldı - VİDEO

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə bu gün saat 19:25 radələrində Aeroport yolunda qeydə alınıb.

Belə ki, 90-OK-069 dövlət qeydiyyat nişanlı "Hyundai" markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı dəmir maneəyə çarpılıb.

Qəza nəticəsində sürücü yüngül bədən xəsarətləri alıb. Yolda uzun tıxac yaranıb. Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub, araşdırma aparılır.

Vüsal Məmmədov

Son xəbərlər

Orphus sistemi