Bakıda avtomobil qadını vuraraq öldürüb

Bakıda avtomobil qadını vuraraq öldürüb Bakıda avtomobil Rəmziyyə Əhmədova vuraraq öldürüb.
Hadisə
26 Sentyabr , 2022 09:18
Bakıda avtomobil qadını vuraraq öldürüb

Bakıda avtomobil Rəmziyyə Əhmədova vuraraq öldürüb.

"Report"un əldə etdiyi məlumata görə, hadisə sentyabrın 24-ü saat 19:15 radələrində paytaxtın Xətai rayonu, 8 Noyabr prospekti, 67 ünvanının qarşısında qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Bayramlı Anar Şahin oğlu idarə etdiyi "Mersedes" markalı avtomobil ilə yolu keçməyə çalışan Saatlı rayon sakini, 1977-ci il təvəllüdlü Əhmədova Rəmziyyə Bəhlul qızını vurub. Qadın almış olduğu xəsarətlər nəticəsində xəstəxanaya çatdırılarkən yolda ölüb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi