Yuxarı

Bakıda avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb

Bakıda avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb
Dinlə

Bakı. 24 iyul. REPORT.AZ/  Bakıda avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iyulun 23-də saat 16 radələrində Sumqayıt şəhər sakini Elvin Vəliyevin “Moskviç” markalı avtomobilinin Lökbatan qəsəbəsi ərazisində qaçırılması barədə Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə müraciət daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb və avtomobilin Hacıqabul şəhəri ərazisində hərəkətdə olduğu müəyyən edilib. Görülmüş tədbirlərlə nəqliyyat vasitəsi Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəxsin Hacıqabul rayon sakini Tərlan Ağazadə olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi