Bakıda avtomobil qaçıran şəxslər tutulub

Bakıda avtomobil qaçıran şəxslər tutulub Bakı şəhər sakininin “VAZ-2107” markalı avtomobili Yasamal rayonu ərazisindən qaçırılıb
Hadisə
9 Sentyabr , 2017 12:02
Bakıda avtomobil qaçıran şəxslər tutulub

Bakı. 9 sentyabr. REPORT.AZ/ Bakıda avtomobil qaçıran şəxslər saxlanılıblar.

“Report” xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyinin rəsmi saytı yayıb. 

Belə ki, sentyabrın 2-də Bakı şəhər sakini Eldar Qurbanovun “VAZ-2107” markalı avtomobili Yasamal rayonu ərazisindən qaçırılıb.

DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən qaçırılan avtomobilin Quba rayonunun Qırız Dəhnə kəndində olması müəyyən edilib.

Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlərilə hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Anar Musayev və Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş Sərxan Hüseynov tutulub və avtomobillə birgə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi