Bakıda avtomobil qaçıran şəxslər tutuldu

Bakıda avtomobil qaçıran şəxslər tutuldu Bakı şəhər sakini M.İsmayılov aprelin 19-da rayon ərazisindən “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib.
Hadisə
20 Aprel , 2020 13:01
Bakıda avtomobil qaçıran şəxslər tutuldu

Bakı şəhər sakini M.İsmayılov aprelin 19-da rayon ərazisindən “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Ucar rayon sakini, əvvəllər məhkum olunmuş R.Mikayılov Xətai rayonu ərazisində avtomobillə birgə polis əməkdaşları tərəfindən saxlanılıb.

Bundan başqa, Binəqədi rayonunda da avtomobil qaçırma hadisəsi baş verib.

Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 19-da H.Bəşirova məxsus “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri N.Tağıyev, O.Salmanov və əvvəllər məhkum olunmuş E.Rzayev saxlanılıblar. 

Son xəbərlər

Orphus sistemi