Bakı şəhər sakinini avtomobili qaçırılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə müraciət edən K.Behbudov iyunun 10-da rayon ərazisindən “Opel” markalı avtomobilinin qaçırıldığını bildirib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün Yasamal rayonu ərazisində tapılıb.
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini E.Gərəkməzli polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.