Bakıda avtomobil qaçırılıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə müraciət edən Buzovna qəsəbəsində yaşayan F.Dadaşov fevralın 23-də, qəsəbə ərazisindən “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini A.Əliyev fevralın 24-də Qala qəsəbəsinin ərazisində avtomobillə birgə polis əməkdaşları tərəfindən saxlanılıb.