Yuxarı

Bakıda avtomobil qaçıran şəxs saxlanılıb

Bakıda avtomobil qaçıran şəxs saxlanılıb191119

Bakıda avtomobil qaçırılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Qaradağ Rayon Polis İdarəsinin (RPİ) 10-cu Polis Bölməsinə (PB) müraciət edən Lökbatan qəsəbə sakini A.Zülfüqarov noyabrın 17-də saat 22 radələrində qəsəbə ərazisindən “VAZ-2107” markalı avtomobilinin qaçırıldığını bildirib.

Qaradağ RPİ 10-cu PB və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən E.Novruzzadə həmin gün qəsəbə ərazisində avtomobillə birgə saxlanılıb.

Araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi