Bakıda avtomobil qaçıran şəxs saxlanılıb

Bakıda avtomobil qaçıran şəxs saxlanılıb Bakıda avtomobil qaçıran şəxs saxlanılıb.
Hadisə
17 Yanvar , 2020 12:15
Bakıda avtomobil qaçıran şəxs saxlanılıb

Bakıda avtomobil qaçıran şəxs saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, DİN-in “102” Zəng Mərkəzinə müraciət edən Bakı şəhər sakini R.Kərimov yanvarın 16-da Ə.Naxçıvani küçəsindən “Opel” markalı avtomobilinin qaçırıldığını bildirib.

Müraciətlə əlaqədar dərhal Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş M.Əliyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi