Bakıda avtomobil qaçıran şəxs saxlanılıb

Bakıda avtomobil qaçıran şəxs saxlanılıb Bakı. 13 iyul. REPORT.AZ/ Bakıda avtomobil qaçıran şəxs saxlanılıb.
Hadisə
13 İyul , 2018 11:41
Bakıda avtomobil qaçıran şəxs saxlanılıb

Bakı. 13 iyul. REPORT.AZ/ Bakıda avtomobil qaçıran şəxs saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Belə ki, ötən gün Sabunçu Rayon Polis İdərsinin 15-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini Eldar Alıyev axşam saatlarında Zabrat qəsəbəsi ərazisindən “Opel” markalı avtomobilinin qaçırıldığını bildirib.

Dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobil qısa müddətdə Zabrat-1 qəsəbəsi ərazisində onu qaçırmaqda şübhəli bilinən şəxslə birgə polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Vahid Məmmədtağıyev olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi