Bakıda avtomobil qaçıran şəxs saxlanıldı

Bakıda avtomobil qaçıran şəxs saxlanıldı Bakıda avtomobil qaçırılıb.
Hadisə
1 Sentyabr , 2020 12:10
Bakıda avtomobil qaçıran şəxs saxlanıldı

Bakıda avtomobil qaçırılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə müraciət edən Hacıqabul rayon sakini Q.Babayev avqustun 31-də Bakuvi küçəsindən “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirib.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Rzaquliyev Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində avtomobillə birgə saxlanılıb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi