Bakıda avtomobil qaçıran şəxs Göyçayda saxlanılıb

Bakıda avtomobil qaçıran şəxs Göyçayda saxlanılıb Bakıda avtomobil qaçırılıb.
Hadisə
27 Yanvar , 2020 12:42
Bakıda avtomobil qaçıran şəxs Göyçayda saxlanılıb

Bakıda avtomobil qaçırılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə müraciət edən Abşeron rayon sakini N.Teymurlu yanvarın 25-də “Hyundai” markalı avtomobilinin Moskva prospektindən qaçırıldığını bildirib.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Göyçay şəhər sakini H.İsmayılov avtomobillə birgə Göyçay RPŞ-nin əməkdaşları tərəfindən şəhər ərazisində saxlanılıb.

Araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi