Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, avqustun 26-da Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə B.Nuriyev küçəsindən A.Rəhimova məxsus “VAZ-2104” markalı avtomobilin qaçırılması barədə müraciət daxil olub. Müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Görülən tədbirlərlə qeyd edilən nəqliyyat vasitəsi həmin gün Salyan-Biləsuvar yolunun 54-cü kilometrliyində Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş T.Ağazadə avtomobillə birgə aidiyyəti üzrə təhvil verilib.