Bakıda avtomobil piyadanın ayaqlarının üzərindən keçdi

Bakıda avtomobil piyadanın ayaqlarının üzərindən keçdi Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
2 fevral 2021 21:48
Bakıda avtomobil piyadanın ayaqlarının üzərindən keçdi

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, avtomobil yolu keçən 1966-ci il təvəllüdlü Abdullayev Aqil İbnəli oğlunun ayağının üzərindən keçib.

Xəsarət alan piyada xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi