Yuxarı

Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır

Bakı. 8 sentyabr. REPORT.AZ/ Bakıda avtomobil piyadanı vurub. Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.

Belə ki, sentyabrın 8-də saat 00:10 radələrində H.Əliyev prospektində Bakı şəhər sakini 1987-ci il təvəllüdlü Emin Əsgərov idarə etdiyi “Mercedes” markalı avtomobillə Bərdə rayon sakini, 1986-cı il təvəllüdlü Məhəmməd Əzimovu vurub. M.Əzimov hadisə yerində ölüb. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi