Bakıda avtomobil piyadanı vurub - FOTO

Bakıda avtomobil piyadanı vurub - FOTO Faktla bağlı araşdırma aparılır
Hadisə
10 Avqust , 2017 01:05
Bakıda avtomobil piyadanı vurub - FOTO
"Report"

Bakı. 10 avqust. REPORT.AZ/ Bakıda 1 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Azadlıq prospektində baş verib.

Belə ki, Novruzov Şükür Məhərrəm oğlu idarə etdiyi "VAZ-2106" markalı, "90-OC-916" dövlət seriya nişanlı avtomobillə hərəkətdə olarkən şəxsiyyəti hələlik müəyyənləşdirilməmiş 28-30 yaşlı piyadanı vurub. Nəticədə piyada ağır xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi