Bakıda avtomobil piyadanı vurub

Bakıda avtomobil piyadanı vurub Afaq Qarayeva ağır kəllə-beyin travması alıb
Hadisə
31 May , 2017 08:32
Bakıda avtomobil piyadanı vurub

Bakı. 31 may. REPORT.AZ/ Bakıda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Kürdəxanı qəsəbəsində "Opel" markalı avtomobil 1981-ci il təvəllüdlü Qarayeva Afaq Bəxtiyar qızını vurub. Nəticədə o, ağır kəllə-beyin travması alıb.

A.Qarayeva Bakıdakı özəl klinikalardan birinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.  

Son xəbərlər

Orphus sistemi