Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakıda avtomobil piyadanı vuraraq öldürüb Bakıda piyadanın ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
18 Noyabr , 2019 13:07
Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakıda piyadanın ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, noyabrın 16-da saat 19 radələrində Səbail rayonunun Yeni Salyan yolu küçəsində Bakı şəhər sakini K.Bayramov idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən paytaxt sakini Qorxmaz Ələsgərovu vurub.

Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi