Bakıda avtomobil piyadanı vuraraq öldürdü

Bakıda avtomobil piyadanı vuraraq öldürdü Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə
19 Mart , 2020 12:24
Bakıda avtomobil piyadanı vuraraq öldürdü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, martın 18-i saat 20 radələrində Nizami rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini F.Şeydayev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən paytaxt sakini Elmar Bədəlovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi