Bakıda avtomobil piyadanı vuraraq öldürdü

Bakıda avtomobil piyadanı vuraraq öldürdü Sabunçu Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır
Hadisə
275
13 Fevral , 2021 12:49
Bakıda avtomobil piyadanı vuraraq öldürdü

Bakıda yol qəzası olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 13-ü saat 1 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən qəsəbə sakini Ə.Musayev vurulub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Sabunçu Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Son xəbərlər

Orphus sistemi