Bakıda avtomobil piyadanı vuraraq öldürdü

Bakıda avtomobil piyadanı vuraraq öldürdü Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
7 Mart , 2020 21:28
Bakıda avtomobil piyadanı vuraraq öldürdü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb.

Binə qəsəbəsində 1968-ci il təvəllüdlü Mahmudov Sərdar Mahmud oğlunu “Daewoo” markalı avtomobil vurub. Yaralı xəstəxanaya çatdırılıb, ona müxtəlif dərəcəli bədən xəsarətləri diaqnozu qoyulub. Lakin həkimlərin səylərinə baxmayaraq, S.Mahmudov xəstəxanada dünyasını dəyişib.

Hadisəni törədən sürücü polis tərəfindən saxlanılıb.

Faktla bağlı Xəzər rayonu Polis İdarəsində araşdırma aparılır.

Ramin Şahbazov 

Son xəbərlər

Orphus sistemi