Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakıda avtomobil piyadanı vuraraq öldürüb Bakı. 4 sentyabr. REPORT.AZ/ Bakıda avtomobil piyadanı vuraraq öldürüb.
Hadisə
4 Sentyabr , 2018 12:47
Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakı. 4 sentyabr. REPORT.AZ/ Bakıda avtomobil piyadanı vuraraq öldürüb. 

"Report" Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, sentyabrın 3-də saat 22 radələrində Bakı şəhər sakini Elnar Salışev idarə etdiyi “Mazda” markalı avtomobillə yolu keçən paytaxt sakini Taleh Xalıqovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Suraxanı rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi