Bakı. 15 yanvar. REPORT.AZ/ Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, sürücüsü hələlik müəyyənləşdirilməyən avtomobil Binəqədi qəsəbəsində 1985-ci il təvəllüdlü Ələkbərov Ceyhun Qılınc oğlunu vurub. Nəticədə o, qapalı kəllə-beyin travması alıb.
Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.