Bakı. 14 yanvar. REPORT.AZ/ Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda, Ramana qəsəbəsində baş verib.
Belə ki, sürücüsü hələlik müəyyənləşdirilməmiş avtomobil "Şuşa şəhərciyi" ərazisində 1986-cı il təvəllüdlü Əkbərov Rafiq Tofiq oğlunu vurub.
Yarali 3 sayli Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Qeyd edək ki, piyadanı vuran avtomobilin sürücüsü hadisə yerindən qaçıb.