Bakıda avtomobil piyadanı vuraraq ayağını sındırdı

Bakıda avtomobil piyadanı vuraraq ayağını sındırdı Bakıda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Hadisə
205
10 Mart , 2021 23:42
Bakıda avtomobil piyadanı vuraraq ayağını sındırdı

Bakıda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Gəncə prospektində 1982-ci il təvəllüdlü Məmmədov Ənvər Misirli oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Ona sol baldır sümüyünün sınığı diaqnozu qoyulub.

Son xəbərlər

Orphus sistemi