Bakıda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirib

Bakıda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirib Bakıda piyadanın vurulması ilə nəticələnən daha bir yol qəzası baş verib.
Hadisə
173
12 İyun , 2021 05:15
Bakıda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirib

Bakıda piyadanın vurulması ilə nəticələnən daha bir yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü İbrahimov Nicat İbrahim oğlu yolun piyadalar üçün qadağan olunmuş hissəsindən keçərkən avtomobil onu vurub.

Yaralı xəstəxanaya çatdırılıb, ona sağ bud sümüyünün sınığı və kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi