Bakıda avtomobil piyadani vuraraq ağır xəsarət yetirdi

Bakıda avtomobil piyadani vuraraq ağır xəsarət yetirdi Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
8 Mart , 2020 05:39
Bakıda avtomobil piyadani vuraraq ağır xəsarət yetirdi

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.

Belə ki, 8-ci kilometr bazarının qarşısında minik avtomobili yolu keçən 1968-ci il təvəllüdlü Qarayev Seyfəli Qacay oğlunu vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı S.Qarayevə açıq kəllə-beyin travması diaqnozu qoyulub. Onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov 

Son xəbərlər

Orphus sistemi