Bakıda avtomobil piyadaları vurub, ölən var

Bakıda avtomobil piyadaları vurub, ölən var Bakıda avtomobil piyadaları vurub, ölən var.
Hadisə
17 Avqust , 2022 09:45
Bakıda avtomobil piyadaları vurub, ölən var

Bakıda avtomobil piyadaları vurub, ölən var.

"Report"un əldə etdiyi məlumata görə, hadisə avqustun 17-si saat 03:10 radələrində paytaxtın Nərimanov rayonu, K.Rəhimov küçəsi 12 saylı ünvanın qarşısında qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü paytaxt sakini Nəsirov Vüsal Məmmədəli oğlu idarə etdiyi "Mercedes" markalı avtomobil ilə yolu piyada keçidi olmayan yerdən keçən 1986-cı il təvəllüdlü Eyvazov Feyruz Emruz oğlunu və 1988-ci il təvəllüdlü Ağayeva Elnurə İzzətalı qızını vurub. Nəticədə Feyruz Eyvazov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib, Elnurə Ağayeva isə qapalı kəllə-beyin travması və sol ayağın sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi