Bakıda avtomobil piyada qadını vuraraq öldürüb

Bakıda avtomobil piyada qadını vuraraq öldürüb Faktla bağlı Nizami Rayon Polis İdarəsi araşdırma aparır
Hadisə
3 Oktyabr , 2015 12:53
Bakıda avtomobil piyada qadını vuraraq öldürüb

Bakı. 3 oktyabr. REPORT.AZ/ Bakıda avtomobil piyada qadını vuraraq öldürüb. "Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

Məlumata əsasən, oktyabrın 2-də saat 21 radələrində paytaxtın Nizami rayonu R.Rüstəmov küçəsində Bakı şəhər sakini Röyal İsayev idarə etdiyi "BMW" markalı avtomobillə yolu keçən şəhər sakini Səkinə Hacıxanovanı vurub. Xəstəxanaya yerləşdirilən S.Hacıxanova orada ölüb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsi araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi