Bakıda avtomobil piyadanı vurdu

Bakıda avtomobil piyadanı vurdu Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
13 Avqust , 2020 22:06
Bakıda avtomobil piyadanı vurdu

Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Reportun məlumatına görə, hadisə Nizami rayonu ərazisində qeydə alınıb.

Belə ki, yolu keçən 1983-cü il təvəllüdlü Kərimov Anar Rafail oğlunu avtomobil vurub. Hadisə yerinə gələn təcili tibbi yardım avtomobili 37 yaşlı piyadaxəstəxanaya aparıb.

Müayinə zamanı ona sağ baldır sümüyünün yerdəyişən sınığı, oturaq və incik sümüklərinin sınıqları diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi