Bakıda avtomobil övladını məktəbə aparan qadını vurub, sürücü qaçıb

Bakıda avtomobil övladını məktəbə aparan qadını vurub, sürücü qaçıb Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 15 -ci Polis Bölməsinin əməkdaşları araşdırma aparır
Hadisə
14 Fevral , 2017 14:55
Bakıda avtomobil övladını məktəbə aparan qadını vurub, sürücü qaçıb

Bakı. 14 fevral. REPORT.AZ/ Bakıda avtomobil övladını məktəbə aparan qadını vurub.

"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Zabrat qəsəbəsində 1992-ci il təvəllüdlü Qarayeva Sahilə Şəmsəd qızı 307 saylı orta məktəbə qız övladını apararkən onu avtomobil vuraraq ərazidən uzaqlaşıb. S.Qarayeva xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 15 -ci Polis Bölməsinin əməkdaşları araşdırma aparır.

S.Qarayeva ilkin ifadəsində bildirib ki, onu avtomobillə vuran sürücü qadının ünvanına nəlayiq ifadələr işlədib və ərazidən uzaqlaşıb.

Son xəbərlər

Orphus sistemi