Bakıda avtomobil motosikletçini vurub öldürdü

Bakıda avtomobil motosikletçini vurub öldürdü Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
18 İyul , 2020 23:02
Bakıda avtomobil motosikletçini vurub öldürdü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, Hövsan qəsəbəsində motosikletlə hərəkətdə olan 1968-ci il təvəllüdlü Hümmətov Rüstəm Əli oğlu 99-BJ-635 dövlət qeydiyyat nömrə nişanlı “Mercedes” markalı minik avtomobili ilə toqquşub.

Ağır bədən xəsarətləri alan R. Hümmətov təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona ağır müştərək travma və açıq kəllə beyin travması diaqnozları qoyulub.

Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi