Bakıda avtomobil körpüdən aşıb, ana və oğlu xəsarət alıb

Bakıda avtomobil körpüdən aşıb, ana və oğlu xəsarət alıb İlkin ehtimala görə, qəzaya səbəb yüksək sürət olub
Hadisə
14 Fevral , 2017 09:59
Bakıda avtomobil körpüdən aşıb, ana və oğlu xəsarət alıb

Bakı. 14 fevral. REPORT.AZ/ Bakıda avtomobil körpüdən aşıb.

"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunun Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü Vəliyev İsaq Şahvələd oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil, yolun qar bağlamış hissəsində idarəetmədən çıxaraq körpünün üzərindən aşağıya aşıb. Nəticədə İ.Vəliyev və onun anası Sahilə Vəliyeva ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. 

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Qəzanın dəqiq səbəbləri araşdırılır. İlkin ehtimala görə, qəzaya səbəb yüksək sürət olub.

Son xəbərlər

Orphus sistemi