Bakıda avtomobil keçiddən istifadə etməyən piyadanı vurub

Bakıda avtomobil keçiddən istifadə etməyən piyadanı vurub Bakı. 27 iyun. REPORT.AZ/ Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
27 İyun , 2018 07:34
Bakıda avtomobil keçiddən istifadə etməyən piyadanı vurub

Bakı. 27 iyun. REPORT.AZ/ Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü Cəfərov Göyüş İlham oğlu yolun piyadalar üçün müəyyən edilməmiş yerindən keçərkən onu "Mercedes" markalı avtomobil vurub. Yaralı təcili yardım maşını vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Fakt Binəqədi Rayon Polis İdarəsində araşdırılır.

Son xəbərlər

Orphus sistemi