Bakıda avtomobil iki piyadanı vuraraq öldürüb

Bakıda avtomobil iki piyadanı vuraraq öldürüb Bakı. 5 sentyabr. REPORT.AZ/ Bakıda piyadaların ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.
Hadisə
5 Sentyabr , 2018 12:23
Bakıda avtomobil iki piyadanı vuraraq öldürüb

Bakı. 5 sentyabr. REPORT.AZ/ Bakıda piyadaların ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib. 

"Report" Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisələrdən biri Abşeron rayonunun Novxanı kəndi, digəri isə Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qeydə alınıb. 

Belə ki, sentyabrın 4-də saat 20 radələrində Abşeron rayonunun Novxanı kəndi ərazisində Masazır kənd sakini Məmməd İsmayılov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Şəki rayon sakini Hikmət Nəsrullayevi vurub və nəticədə piyada hadisə yerində ölüb.

Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Bundan başqa, sentyabrın 4-də saat 4 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Bakı şəhər sakini Cəmil İsmayılzadə idarə etdiyi “Jeep” markalı avtomobillə paytaxt sakini Validə Şirinovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi