Bakıda avtomobil iki dostu vuraraq ağır xəsarət yetirdi

Bakıda avtomobil iki dostu vuraraq ağır xəsarət yetirdi Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
663
2 Sentyabr , 2020 01:27
Bakıda avtomobil iki dostu vuraraq ağır xəsarət yetirdi

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Bakıxanov qəsəbəsində yol kənarında dayanan 1981-ci il təvəllüdlü Hüseynov Zaur Fəxrəddin oğlu və 1995-ci il təvəllüdlü İbrahimov Süleyman Rövşən oğlunu minik avtomobili vurub. Yaralılar təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı Z.Hüseynova sol bud sümüklərinin yerdəyişən qəlpəli sınığı, S.İbrahimova isə sol budun açıq yerdəyişən sınığı, habelə bədənin digər əzikləri diaqnozları qoyulub.

İlkin ehtimala görə, hadisəyə avtomobilin idarəetmədən çıxması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi