Yuxarı

Bakıda avtomobil yeraltı piyada keçidinin divarına çırpılıb - FOTO

Hadisə Yasamal rayonunda qeydə alınıb

Bakı. 10 oktyabr. REPORT.AZ/ Bakıda avtomobil idarəetmədən çıxaraq yeraltı piyada keçidinin divarına çırpılıb. 

"Report" məlumatına görə, yol-nəqliyyat hadisəsi Yasamal rayonunun Parlament prospektində qeydə alınıb.

Belə ki, "Toyota" markalı avtomobilin sürücüsü "Hərəkət qadağandır" nişanına əməl etmədiyindən, o cümlədən əks istiqamətdən gələn avtomobillərə çırpılmasın deyə sükanı sola tərəf doğru çevirib. Bu zaman avtomobil idarəetmədən çıxaraq piyada səkisinin dəmir arakəsmələrinə, daha sonra yeraltı piyada keçidinin divarına çırpılıb. Avtomobil deformasiyaya uğrasa da, sürücü xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi