Bakıda avtomobil gənc qızı vurdu

Bakıda avtomobil gənc qızı vurdu Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə
8 mart 2020 05:19
Bakıda avtomobil gənc qızı vurdu

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report” xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.

Minik avtomobili yolu keçən 1994-cü il təvəllüdlü Ağayeva Aytac İlham qızını vurub.

Xəsarət alan gənc qız ətrafdakıların köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov 

Son xəbərlər

Orphus sistemi