Bakıda avtomobil gənc qızı vuraraq ayaqlarını sındırdı

Bakıda avtomobil gənc qızı vuraraq ayaqlarını sındırdı Bakıda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Hadisə
25 Mart , 2021 01:18
Bakıda avtomobil gənc qızı vuraraq ayaqlarını sındırdı

Bakıda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

“Nəsimi” metrostansiyasının yaxınlığında 2001-ci il təvəllüdlü Məmmədova Sara Qəzənfər qızını avtomobil vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona baldır sümüklərinin sınığı diaqnozu qoyulub.

Son xəbərlər

Orphus sistemi