Bakıda avtomobil gənc oğlanı vurub, sürücü qaçıb

Bakıda avtomobil gənc oğlanı vurub, sürücü qaçıb Faktla bağlı araşdırma aparılır
Hadisə
26 Dekabr , 2016 16:10
Bakıda avtomobil gənc oğlanı vurub, sürücü qaçıb

Bakı. 26 dekabr. REPORT.AZ/ Bakıda gənc oğlanı avtomobil vuraraq ərazidən uzaqlaşıb.

"Report"un xəbərinə görə, hadisə Nizami rayonu, 8-ci kilometr qəsəbəsində qeydə alınıb.

Belə ki, 22 yaşlı İmanov Xəzər Ağaəli oğlu yolu keçmək istəyərkən onu naməlum markalı avtomobil vurub. X.İmanovun ağır xəsarət aldığını görən avtomobilin sürücüsü ərazini tərk edib. Yaralı şahidlərin köməyi ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi