Bakıda avtomobil gənc oğlanı vuraraq öldürüb

Bakıda avtomobil gənc oğlanı vuraraq öldürüb Ölən şəxsin kimliyini müəyyənləşdirmək mümkün olmayıb
Hadisə
5 Yanvar , 2018 07:56
Bakıda avtomobil gənc oğlanı vuraraq öldürüb
Foto: "Report"

Bakı. 5 yanvar. REPORT.AZ/ Bakıda gənc oğlanı avtomobil vuraraq öldürüb.

"Report"un xəbərinə görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, metronun "20 Yanvar" stansiyasının yaxınlığında piyadalar üçün müəyyən edilməyən yerdən keçən təxminən 25-30 yaşlı oğlanı "Hyundai" markalı minik avtomobili vurub. 

Piyada aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Əraziyə Yasamal Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları cəlb edilib. 

Ölən şəxsin kimliyini müəyyənləşdirmək mümkün olmayıb. Meyit aidiyyəti üzrə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı Yasamal RPİ-də cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi