Bakıda avtomobil divara çırpılıb, ölənlər var - FOTO - VİDEO - YENİLƏNİB

Bakıda avtomobil divara çırpılıb, ölənlər var - FOTO - VİDEO - YENİLƏNİB Video əlavə olunub
Hadisə
262
9 Avqust , 2018 10:03
Bakıda avtomobil divara çırpılıb, ölənlər var - FOTO - VİDEO - YENİLƏNİB

Video əlavə olunub


*** 08:20

Bakı. 9 avqust. REPORT.AZ/ Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər ölüb.

"Report"un xəbərinə görə, 26 yaşlı Muradov Kamran Sabir oğlu Balaxanı qəsəbəsi ərazisində idarə etdiyi "Tofaş" markalı avtomobillə divara çırpılıb.

Nəticədə avtomobil deformasiyaya uğrayıb.

Avtomobildə olan sərnişin 30 yaşlı Ziya Dövlətov və sürücü K.Muradov ağır vəziyyətdə xəstəxanaya aparılarkən yolda dünyalarını dəyişiblər.

Hər iki meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu Rayon Şöbəsinə təhvil verilib.

Hadisə yerinə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi