Bakının Xəzər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Qala qəsəbəsində qeydə alınıb.
Avtomobilin pis hava şəraiti ilə əlaqədar idarəetmədən çıxaraq dirəyə çırpılması nəticəsində sərnişin, 1990-cı il təvəllüdlü Səlimov İsmayıl Əliverdi oğlu ağır xəsarət alıb.
Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Ramin Şahbazov